Mehriban Əliyeva “İçərişəhər”dəki işlərlə bağlı tapşırıq verib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Birinci vitse-prezident Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı açıqlama yayıb.
Minval.info-nun məlumatına görə, “İçərişəhər” DTMQ İdarəsinin rəsmi məlumatına görə, Mehriban Əliyeva sözügedən quruma ərazidəki konstruksiyaların birmərtəbəli olması şərti ilə quraşdırılmasına nəzarət edilməsini tapşırıb.
Həmin açıqlamanı təqdim edirik:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu gün İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq, həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb.
Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban xanım ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin “Master Planına” və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb.
“İçərişəhər” DTMQ İdarəsi layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda