Mehriban Əliyeva: “Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə işçilərini təbrik edib.
Mehriban Əliyevanın “Instagram” səhifəsində yayılan təbrikdə deyilir:
“Bu gün – 17 İyun – ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda sığorta ilə bağlı yenilik
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazir müavini yeni vəzifəyə təyin olundu
ASAN mərkəzləri bir gün işləməyəcək
Təcili yardım işçiləri döyüldü
“Sədərək” məhkəməyə verildi - Yer pulunu ödəmirmiş...