Medvedevin xanımından Mehriban Əliyevaya məktub
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevin xanımı Svetlana Medvedeva Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Siz erudisiyalı, enerjili və hərtərəfli şəxsiyyət kimi bir çox mühüm və faydalı layihələr həyata keçirmisiniz. Dostlarınız və həmkarlarınız Sizin çox gözəl insani keyfiyyətlərinizə – insanlara diqqətli münasibətinizə, ziyalılığınıza, müdrikliyinizə və alicənablığınıza yüksək qiymət verirlər.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Sizin fəal və çoxşaxəli xeyriyyəçilik fəaliyyətiniz həm Azərbaycan Respublikasının vətəndaşları, həm də dünya ictimaiyyəti tərəfindən xüsusi diqqətə, ehtirama və minnətdarlığa layiqdir.
Sizə və doğmalarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzulayıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var