Media kapitanları Rauf Arifoğlunun seçki qərargahını ziyarət etdi (FOTOLAR, VİDEO)
Onlar 35 saylı Xətai seçki dairəsini xüsusi nəzarətə götürəcəklər
Bu gün Xətai rayon 35 saylı seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun seçki qərargahında ölkənin tanınmış media kapitanlarının iştirakı ilə “Media və seçkilər” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Rauf Arifoğlunun seçki qərargahının rəhbəri Çingiz Özgür media kapitanlarına müraciət edərək, onlardan 35 saylı seçki dairəsinə, orda yaşayan əhalinin problemlərinə xüsusi həssaslıqla yanaşmalarını xahiş edib.
Daha sonra redaktorlar çıxış edərək, həm Milli Məclisdə media nümayəndələrinin təmsil olunmasının önəmini vurğulayıblar, həm də bundan sonra Xətai sakinlərinin problemlərinə böyük bir media ordusunun ikiqat həssaslıqla yanaşacağının anonsunu veriblər.
https://www.youtube.com/watch?v=IbHKUsDTu9I&feature=emb_title
Mətbuat Şurasının sədri Əflatun Amaşov bu günə qədər “Yeni Müsavat”ın bir media orqanı olaraq həll etdiyi problemlər barədə danışıb. ““Yeni Müsavat”ın yazdığını hər kəs oxuyur” deyən MŞ sədri parlamentdə medianın gücünü də xüsusilə vurğulayıb. O, eyni zamanda medianın təbliğat prosesində düzgün istiqamətlənməsinin də vacibliyinə toxunub.
R.Arifoğlu isə həmkarlarına son durum barədə məlumat verərək, rəqiblərinin ona qarşı istifadə etdiyi çirkin texnologiyalardan bəhs edib. O, rəqibinin yaratdığı klon namizəd haqqında həmkarlarını bilgiləndirdikdən sonra onlardan bu dairəni xüsusi nəzarətə götürmələri ilə bağlı xahiş edib.
Tədbirdə çıxış edən media kapitanları isə bundan sonra 35 saylı Xətai seçki dairəsini xüsusi nəzarətə götürəcəklərini, seçki prosesinə, eləcə də orda yaşayan əhalinin problemlərinə maksimum həssaslıqla yanaşacaqlarını bildiriblər.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb























Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
