Mayk Tayson: “Makqreqor heç vaxt Nurmaqomedovu məğlub edə bilməyəcək”
“Hesab edirəm ki, Makqreqor promonun dahisidir. Həbib ona qalib gəlib, amma yenə döyüşmək istəyirlər”.
APA-nın məlumatına görə, bunu dünya boksunu əfsanəsi Mayk Tayson deyib.
O, MMA-nın UFC versiyası üzrə rusiyalı dünya çempionu Həbib Nurmaqomedovun irlandiyalı Konor Makqreqordan güclü olduğunu iddia edib. M. Tayson hesab edir ki, bu rəqiblər nə qədər qarşılaşsa, hər dəfə rusiyalı qalib gələcək. Lakin bu görüşlər ətrafında ajiotajın səbəbkarı Makqreqordur: “Azarkeşlər də onların qarşılaşmasını görmək arzusundadırlar. Buna baxmayaraq, Makqreqor rəqibinə qalib gələ bilməyəcək. O heç vaxt Nurmaqomedovu məğlub edə bilməyəcək. Lakin insanlar pul verib bu döyüşü izləməyə razıdırlar. Həbib məğlub edə biləcəyi bu rəqibi ilə döyüş üçün daha çox qazanacaq, nəinki özü səviyyəli biri ilə qarşılaşmada. Belədirsə, niyə onunla 10 dəfə döyüşməsin? Tamaşaçılar lap 10 dəfə də olsa pul ödəyib bu görüşə baxacaq. İndi hər şey marketinqdən asılıdır. Makqreqor da dahidir. Bunu ondan almaq olmaz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
UEFA 2018-ci ilin ən yaxşı bombardirini açıqlayıb
Azərbaycanda klub prezidenti və məşqçi həbs olundu
AFFA Canni De Byazi ilə müqaviləni uzadıb
Pep Qvardiola: "Mən pis insanam, itəm"
Raul "Real"ın baş məşqçisi oldu
Ronaldo müsəlman ölkəsinə 1,5 milyon bağışladı
"Formula 1"də ilk dəfə çinli pilot iştirak edəcək