Mayın yarısı qeyri-iş günüdür
Beşgünlük iş həftəsində çalışanlar üçün may ayında 14 qeyri-iş günü olacaq.
Bu ay Azərbaycanda üç bayram qeyd ediləcək.
Belə ki, cari il üçün təsdiq edilmiş istehsalat təqviminə əsasən, 9 May – Faşizm üzərində Qələbə günü; 24 – 25 may – Ramazan bayramı; 28 May – Respublika Günü kimi qeyd olunur.
Təqvimdə iki bayram günü istirahət gününə təsadüf etdiyindən qeyri-iş günlərinin vaxtı dəyişdirilir. Belə ki, 9 May şənbə günü olduğundan, beşgünlük iş həftəsində çalışanlar üçün 11 may tarixi qeyri-iş günüdür. Bundan başqa, 24 may tarixi də həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 26 may tarixi iş günü deyil.
Beləliklə, bu ay istirahət günləri də daxil olmaqla beşgünlük iş həftəsində çalışanlar üçün 14, altıgünlük iş həftəsində çalışanlar üçün isə 9 qeyri-iş günü var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?