Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi - VİDEO
Norveçdə MECA Hockey Game xokkey turnirində Belarusun himni yerinə təşkilatçılar bir çoxlarının “Nu pogodi” cizgi filmindən tanıdığı “Kosil Yas klever” mahnısını qoşublar.
Oxu.Az-ın verdiyi məlumata görə, oyundan əvvəl idmançılar adəti üzrə iki sıraya düzülüb iştirakçı ölkələrin himnlərini dinləyirlər.
Buz meydançasının üzərində quraşdırılan kubşəkilli böyük ekranda Belarus bayrağı görünüb, lakin himnin yerinə “Kosil yas klever” səslənib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Bu zaman norveçlilər – heç vaxt eşitmədikləri Belarusun şən himninə təəccübləniblər. Qonaq belaruslar isə nəyə görə bu mahnının səslənməsini anlaya bilməyiblər.
Hadisəni telefonlarının yaddaşına həkk edən belaruslu azarkeşlər də heç nə anlamayıblar. Bu şən mahnının təşkilatçıların musiqi arxivinə necə düşməsi tapmaca olaraq qalır.
Hər iki komanda mahnını sakitcə dinləyib. Oyundan sonra belaruslardan rəsmi olaraq üzr istənilib.
Matçın özünə gəldikdə, Norveç yığması Belarusu 6-1 hesabı ilə məğlub edərək qalib gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar