“MASKA ƏMƏLİYYATI” İLƏ BAĞLI ŞOK DETAL – “Bandotdel” onu da həbs edib, amma... (FOTOLAR)
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən koronavirus təhlükəsinə görə artan tələbatdan sui-istifadə edərək tibbi maskaları baha qiymətə satan şəxslərə qarşı keçirilmiş əməliyyatın yeni təfərrüatı məlum olub.
AzPolitika.info sosial şəbəkələrdə yayılan xəbərlərə istinad edərək xəbər verir ki, əməliyyatla saxlanılan şəxslərdən biri deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus “Avromed” şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı, aptek müdiri Riad Məmmədovdur. Onun görüntüləri yayılsa da, adı əməliyyatla bağlı verilən rəsmi məlumatda çəkilməyib.

Xatırladaq ki, əməliyyat zamanı İran vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif, Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liun, Arif İsmayılov, Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar.

Dəstə üzvlərindən ümumilikdə 1 milyon ədədə yaxın tibbi maska müəyyən edilərək maddi sübut kimi götürülüb. Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026