14.11.2026 - 13:34
Füzulidə toy dönüşü faciəli qəza: müəllim və şagirdlər həlak oldu
Hadisə 352 baxış

Füzulidə toy dönüşü faciəli qəza: müəllim və şagirdlər həlak oldu

Baku.ws-ın məlumatına görə, Füzuli rayonunda baş verən ağır yol qəzası nəticəsində üç nəfər həyatını itirib, dörd nəfər isə xəsarət alıb. Hadisə Böyük Bəhmənli kəndi ərazisində, noyabrın 13-də gecə saatlarında qeydə alınıb.

Qəzada “Opel” markalı avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Seymur İsmayılov hadisə yerində həlak olub. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi idi. Həmçinin avtomobildə olan 2009-cu il təvəllüdlü şagirdlər Turan Əsgərov və Əhəd Heydərzadə də dünyasını dəyişib. Bu şagirdlər də eyni məktəbin 11-ci sinif şagirdləri idi.

“VAZ-2104” markalı digər avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlü Mustafa Mustafayev və onun qızı Rəmziyə Mustafayeva, eləcə də “Opel”dəki digər iki şagird Ramazan Cəfərov və Rəvan Abbaszadə xəsarət alıblar. Yaralılar dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə iştirakçıları Füzuli sakinləri olub və onlar toy mərasimindən qayıdırdılar. Faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: