Makron: "Ukraynada sülh üçün şans var"
Fransa prezidenti Emmanuel Makron Ukraynada sülh üçün şans olduğunu söyləyib.
Musavat.com xəbər verir ki, bu barədə o, Romada keçirilən, dünya sülhünü möhkəmləndirmək yollarının tapılmasına həsr olunmuş konfransda bildirib.
“Sülh perspektivi var və nə vaxtsa görünəcək. Konkret məqamda hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, Ukrayna xalqı və onların liderləri şərtlərlə bağlı qərar verdikdə qarşı tərəflə sülh sazişi qurmaq mümkün olacaq”, – deyə Makron bildirib.
Fransa lideri Ukraynada müharibə başlayandan sonra Qərbin Moskva ilə diplomatik kanalları açıq saxlamasının vacibliyini bir daha vurğulayıb.
Xatırladaq ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornü, həmçinin ABŞ müdafiə naziri Lloyd Ostin, Böyük Britaniya və Türkiyə müdafiə nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqlarında Ukraynadakı vəziyyəti müzakirə edib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı