Magistratura təhsili 1 ilə endirilə bilər?
Azərbaycanda magistratura təhsilinin müddətinin 2 ildən 1 ilə endirilməsi təklif edilib. Bu təklif Milli Məclisin son iclasında deputat Ceyhun Məmmədov tərəfindən irəli sürülüb.
Minval.info xəbər verir ki, deputat Ceyhun Məmmədovun sözlərinə görə, hər il magistraturaya qəbul zamanı 4 min və daha çox yer boş qalır. O, bu vəziyyətin səbəblərindən birinin gənclərin 2 il müddətində magistratura təhsili almaq istəməməsi olduğunu bildirib.
Təhsil eksperti Elmin Nuri isə qeyd edib ki, magistratura təhsilinin 2 ildən 1 ilə endirilməsi mümkündür, lakin bu təklifin həyata keçirilməsi üçün müəyyən araşdırma və prosedurların aparılması vacibdir. Ekspert vurğulayıb ki, əsas məsələ ixtisaslara və təhsil səviyyələrinin tələblərinə uyğun proqramların hazırlanmasıdır. Təhsil müddətinin qısaldılması zamanı proqramın keyfiyyətinin qorunması mühüm əhəmiyyət kəsb edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb