Mağazanın qarşısında tapdığı 8000 manata yaxın pulu... - Addımı hamını heyrətləndirdi
Türkiyənin Zonquldak şəhərində maraqlı hadisə yaşanıb.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Zonguldakda yaşlı qadın bankdan çəkdiyi müalicə pulunu bir dəftərxananın qarşısında itirib.
Şans əsəri 17 min lirə tapan bir mağaza sahibi anons verib pulu sahibinə təslim edib.
“Pəhləvanlar Məhəlləsi”ndə tək yaşayan, Almaniyadan təqaüdlü, 75 yaşlı Nazifə Gün özəl bir xəstəxanada müalicə olmaq məqsədilə bankdan 17 min lirə pul çəkib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Pul kisəsinə qoyduğu pulu pencəyinin iç cibinə yerləşdirmək istəyərkən, bank şöbəsinin dərhal yanındakı bir çap kağızı dükanının qabağında yerə salaraq bilmədən yoluna davam edib.
Bankdan pulu çəkdikdən sonra dəftərçəni pencəyinin iç cibinə qoyduğunu deyən Nazifə Gün, “Pul kisəsini cibimin içərisinə qoydum zənn etdim. Mən fərqində olmamışam, yerə düşübmüş. Sol qolum çox ağrıyır. İstanbulda özəl bir xəstəxanaya, həkimə gedəcəyəm. Bu pulu da müalicə etmək üçün çəkdim. Puluma qovuşduğum üçün çox şadam” deyə bildirib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir