Mağaza Türkandan şikayət etdi - 800 manatlıq paltarları qaytarmır
Onlayn geyim satan səhifələrdən biri müğənni Türkan Vəlizadəni paltarlarını götürüb, geri qaytarmamaqda günahlandırıb.
“Minval.info” xəbər verir ki, “moda_sulthan” adlı mağaza sənətçinin fotosunu yayımlayaraq, ona səslənib. Bildirilib ki, Türkan mağazadan pulunu ödəmədən geyimlər götürüb, daha sonra isə zənglərə cavab verməyib:
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
“Kasıb adamam. Halal yolla qəpik-qəpik yığıb internet üzərindən onlayn paltar biznesi ilə məşğul oluram ki, çörəkpulum olsun. Bir həfətədir məni ələ salırsız ki, rayondayıq. İndi də telefonlarıma cavab vermirsiz. Sənin minnətlə etdiyin reklam da mənə lazım deyil. Bütün geyimlərimi, ya da pulumu qaytarmağı tələb edirəm.
800 manat bəlkə sənin üçün heç nədir, mənimçünsə böyük puldur. Ayıb deyil? Bu nə hörmətsizlikdir? Pislik etmişəm? Reklam üçün paltar vermişəm, geyin, sonra qaytar. Sənə görə niyə qazancımdan, müştərimdən olum? Reklam etməyi yaraşdırmırsansa, onda pul ver paltarı al. Get, brend geyin, köməkçilərin də İnstaqram səhifələrindən sənə paltar istəməsin”.

ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür