Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası həyata keçiriləcək

Sentyabrın 13-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin COVID-19 infeksiyası əleyhinə növbəti vaksinasiyası həyata keçiriləcək.
MŞ-dən “MİNVAL.İNFO”a verilən məlumata görə, Şura bu barədə TƏBİB-lə razılığa gəlib.
Qeyd edək ki, MŞ-də jurnalistlərin sonuncu vaksinasiyası 2021-ci ilin avqustun 5-də keçirilib.
Həmin gün vaksinin ilk dozası tətbiq edilmiş jurnalistlər sentyabrın 13-də ikinci dozanın tətbiqi üçün yaxınlaşa bilərlər.
Eyni zamanda media təmsilçilərinin COVID-19 infeksiyası əleyhinə peyvəndin ilk dozası üçün də müraciət etmələri mümkündür.
Onu da bildiririk ki, respublikamızın müxtəlif şəhər və bölgələrindəki tibb müəssisələrində vətəndaşların COVID-19 infeksiyası əleyhinə peyvəndlənməsi həyata keçirilir. Hazırkı vaxtda Şuranın TƏBİB-lə birgə reallaşdırdığı bu aksiya media təmsilçilərinin əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə həyata keçirilir. Xahiş edirik ki, KİV redaksiyaları və jurnalistlər bunu nəzərə alsınlar, prosesə həssas yanaşsınlar, mütəşəkkil şəkildə aksiyaya qoşulsunlar.
KİV redaksiyaları yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamalıdırlar. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
Adı, soyadı, atasının adı;
Doğum tarixi;
Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).
Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected] və [email protected] ünvanlarına da (PDF faylda skan olunmuş) göndərilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir