Məşhur fırıldaqçının gizli ailə həyatı: Tanınmış psixoloqun həyat yoldaşı kim çıxdı?
Məşhur fırıldaqçı kimi tanınan və özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi olaraq təqdim edən şəxsin əslində Kazım Elşən oğlu Abbasov olduğu məlum olub. Bu şəxs, “David Seliverstov” adı ilə tanınır və daha əvvəl bir neçə dəfə məhkum edilib. İddialara görə, o, ölkənin ictimai-siyasi dairələri, media qurumları və yəhudi təşkilatları ilə əlaqələr qurmağa çalışıb.
Minval.info xəbər verir ki, Kazım Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Xəzər Rayon Prokurorluğu tərəfindən onun barəsində yeni cinayət işləri açılıb və o, 2 il müddətinə azadlıqdan məhrum edilib, 3500 manat cərimə olunub.
Əldə edilən məlumatlara görə, Kazım Abbasovun Azərbaycanı tərk etdiyi bildirilir. Araşdırmalar nəticəsində onun tanınmış psixoloq və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzlərinin təsisçisi Təranə Paşayevanın həyat yoldaşı olduğu ortaya çıxıb. Təranə Paşayeva, mərhum deputat Qənirə Paşayevanın əmisi qızıdır.
Kazım Abbasov, “David Seliverstov” adı ilə müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi və yəhudi icması ilə əlaqəli şəxs kimi tanınmağa çalışıb. O, Azərbaycan–İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib və ictimai-siyasi dairələrdə əlaqələr qurmağa cəhd göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
Bakıda market və avtomobildən oğurluq edənlər ələ keçdi
Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən "tiktoker" həbs edildi
Cinayətkar çimərlikdə silah və sursat basdırıb
Nizami rayonunda gözəllik salonu və marketlərdən oğurluq hadisəsi
Rəqqas Nicat Azadlı xanımına qarşı zorakılıq tətbiq etdi
Cinayət yolu ilə əldə olunan vəsaitlər necə idarə olunur