Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırılan cinayət işi çərçivəsində üzərinə həbs qoyulan iki əmlakla bağlı yeni bir qərar qəbul edilib.
Publika.az-ın Xitab24.az-a istinadən verdiyi məlumata görə, bu əmlaklar keçmiş oliqarx Hafiz Məmmədovun oğlu Kənan Məmmədova məxsusdur.
Əmlakların üzərinə “Beynəlxalq Bank” işi ilə əlaqədar “Baghlan Group FZCO” şirkətinə verilən kreditlər səbəbindən həbs qoyulmuşdu. Xatırladaq ki, 2013-cü ildə bankdan bu şirkətə 5 milyon dollar kredit verilmişdi. 2017-ci ildə isə qalan 2.049.495,81 dollarlıq borca görə Məmmədovlar ailəsinin Yasamal rayonundakı iki əmlakı müsadirə edilərək hərracda satılmışdı.
Hazırda isə Məmmədovların 650.5 kv.m-lik qeyri-yaşayış sahəsi və 0.00988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 307 kv.m-lik qeyri-yaşayış sahələri həbsdən azad edilib. Bu qərar istintaq orqanının vəsatəti əsasında qəbul olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bursada azərbaycanlı şəxsin dəhşətli cinayətinə ömürlük həbs tələbi
Kişi qısqanclıq zəminində zərərçəkmişi zorladı
Abşeronda ailə münaqişəsi qətlə səbəb oldu
Cəlilabadda rüşvət qalmaqalının yeni detalları üzə çıxdı
Epşteynin ölümü ilə bağlı yeni iddia: intihar etməyib
Keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istədi
İrandan Azərbaycana narkotik keçirmək cəhdi uğursuz oldu