18.11.2026 - 13:54
Kişi qısqanclıq zəminində zərərçəkmişi zorladı
Kriminal 178 baxış

Kişi qısqanclıq zəminində zərərçəkmişi zorladı

Baku.ws-ın Pravda.az-a istinadən verdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində Adil Səfərovun əzab vermədə təqsirləndirilməsi ilə bağlı iş üzrə apellyasiya prosesi yekunlaşıb. Adil Səfərov və vəkili şikayətdən imtina edərək, məhkəməyə baxılmasına xitam verilməsini istəyiblər.

İttihama əsasən, Adil Səfərov qısqanclıq səbəbindən arvadı ilə görüşən Xəlil Əlizadəni “Daewoo Racer” markalı avtomobilinə mindirib və Qax şəhərindəki “Dağ yolu” adlanan əraziyə aparıb. Orada Xəlilə fiziki zərbə endirib və daha sonra onu maşının yük yerində “Çaylaq” ərazisinə apararaq zorakı hərəkətlər törədib.

İbtidai istintaq orqanı Adil Səfərovun hərəkətlərini Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə əzab vermə kimi tövsif edib. Qax Rayon Məhkəməsi onu bu maddə ilə təqsirli bilərək 1 il 7 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

Adil Səfərov isə məhkəmədə özünü təqsirli bilməyib və qərardan narazı qalaraq apellyasiya şikayəti vermişdi. Lakin son iclasda şikayətdən imtina edərək, işin bağlanmasını istəyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: