Məşhur erməni opera müğənnisi olacaqkən, əsgər oldu və öldü
Ermənistan və Azərbaycan qoşunları arasında Qarabağda gedən qızğın döyüşlərdə gənc opera müğənnisi, Komitas adına İrəvan dövlət konservatoriyasının tələbəsi Qor Tumanyan həlak olub.
Bu barədə erməni mediası xəbər yayıb.
Bildirilir ki, sosial şəbəkədə onun ölüm xəbəri çıxışlarından birindən – Tiqran Çuxacyanın “Ləbləbiçi” operasından fraqmentin müşayiəti ilə yayılıb. Qor Tumanyanın hansı şəraitdə və cəbhənin hansı istiqamətində öldüyü barədə məlumat verilmir.
3 ay əvvəl isə Tumanyanın hərbi qulluqçularla birlikdə avtobusda yol gedərkən “Bizim adımız Ermənistan ordusudur” mahnısı oxuduğunu göstərən video yayılıbmış.
2018-ci ildə müğənni Türkiyədən “Qran-pri” müsabiqəsindən qayıdıb. Müəllimləri Qor Tumanyanın gələcəkdə yaxşı opera müğənnisi olacağına böyük ümidlər bəsləyib. O özü isə İtaliyanın Milan şəhərindəki “La Scala” teatrında çıxış etməyi arzulayırmış.
“La Skala” əvəzinə Qarabağın, rusca desək, skalalarına (qaya) dırmaşanda olacağı buydu.
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib