04.08.2022 - 12:54
Dünya 29 baxış

Məşhur aparıcı 1,5 milyardlıq mülk aldı - Villanın öz çimərliyi var

Rusiyalı aparıcı Kseniya Sobçak yeni apartament əldə edib. Onun dəyəri 1,5 milyard rubldur.

Bakupost.az xəbər verir ki, Soçidə yerləşən penthaus Qara dənizin sahilində yerləşir, özünün çimərliyə şəxsi çıxışı var.

Bu həmin ərazidə ən bahalı yaşayış kompleksidir.

Penthausun sahəsi 1400 kv metrdir, bir kv. metrin bazar dəyəri 1 milyon rubldur.

Kompleksin özünün SPA mərkəzi, istirahət guşələri, restoranı, hovuzu var.

Əvvəllər də Sobçak Dubayda lüks mənzil almışdı.

O, gəlirinin yarısını daşınmaz əmlaka investisiya etdiyini gizlətmir və bunu gələcəyə uğurlu yatırım hesab edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: