“Məni yaltaq adlandırırlar, kiməsə yarındığımı söyləyirlər”
“Ümumiyyətlə, mənim üçün mükafat həyatımın məqsədi deyil. Mən işimi görürəm və adam kimi yaşamaq istəyirəm. Layiq bilib mükafatlandırıblar, çox sağ olsunlar. Yəni bu, mənim üçün heç bir məqsəd deyil”.
“Minval.info” xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elçin Şıxlı Teleqraf.com-a müsahibəsində deyib.
O, milli mətbuatın 145 illik yubileyi ərəfəsində “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsindən sonra yaranan müzakirələrə belə cavab verib:
“İndi bir çox insanlar təəssüf ki, məni yaltaq adlandırırlar, mənim kiməsə yarındığımı söyləyirlər. Bu da onların fikirləridir.
Doğrudur, adamı incidir, amma nə etmək olar?! Mənim üçün bu, dövlətin və Vətənin mükafatıdır. Bunu boş sözlər saymayın.
Gözləmirdim, amma layiq gördülər. “Vətənə xidmətə görə” – bu adın özü mənim üçün böyük bir şeydir. Ona görə böyük məmnuniyyətlə bu ordenlə təltif olunmağımı qəbul etdim. Bu, Vətəndir, başa düşürsüz?! Söhbət ondan gedir ki, biz də, iqtidarlar da, hökumətlər də gəldi gedərdi, amma dövlət və Vətən qalır. Bu, onun mükafatıdır, mən belə qavrayıram”.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026