“Mən jurnalistəm, ginekoloq ola bilmərəm”
“Mən etiraf edirəm ki, bunda mənim də payım var. İndi o insanlara ciddi proqramı, maarifləndirici mövzuda olan verilişi təqdim edəndə, baxmaq istəmirlər. Təəssüf ki, biz zamanında bərbad etdik”.
Minval.info yazır ki, bu sözləri sputnik.az-a müsahibəsində aparıcı Rövşanə Ağasəfqızı deyib. O bildirib ki, zamanında izləyiciyə reytinq üçün keyfiyyətsiz proqramlar təqdim ediblər:
“Gətirdik qoyduq ki, bu reytinq gətirir, pul gətirir. Tamaşaçı da, televiziya da ona öyrəşdi. Televiziya gördü ki, həmin məhsul pul gətirir. Nə gözəl… Tamaşaçı da o bayağılığa öyrəşdi. Həmin reytinq də kəfən ipi kimi boğazımızdan yapışıb. İçi mən qarışıq, bunun qurbanına çevrilmişik. Mən jurnalistəm, gedib nə ginekoloq, nə stomotoloq ola bilərəm. Mən deyilənləri etməyə məcburam. Bizim bir zamanlar verdiyimiz zəhərli məhsula tamaşaçı öyrəşib. İndi isə nə qədər çalışsaq da, maarifləndirici proqramlar hazırlasaq da, tamaşaçı deyir ki, mən bunu istəmirəm. Mənə əvvəlki şounu, bayağılığı istəyirəm”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var