Məmur evinin qabağına şlaqbaum qoydurub yolu kəsdi – Foto
Pirşağıda məmur özbaşınalığı bu dəfə özünü fərqli şəkildə biruzə verib . Evinin qarşısının toz olmasını və avtomobillərin səsindən narahat olmaq istəməyən şəxs əraziyə qanunsuz olaraq şlaqbaum qoydurub. Bu barədə məlumatı jurnalist Samirə Səfərova sosial şəbəkədə paylaşıb:
“Bu şəkillərə diqqətlə baxın və bu özbaşınalığa kim tərəfindən yol verildiyinə aydınlıq gətirməyimizə yardımçı olun.

Məlumat üçün bildirim ki, bu fotolar Pirşağıda çəkilib. Şlaqbaumla yolu bağlayan isə hələlik adını dəqiqləşdirə bilmədiyimiz məmurdur. Təsəvvür edin, evinin qarşısından keçən ümumi yolu bu adam 100 metrlik məsafədə özəlləşdirərək oradan avtomobillərin hərəkətini tam dayandırıb. Nəticədə o yolu getməyə məcbur olan sadə əhali bildiyiniz “qruntovoy”la üçqat artıq məsafə qət etməli olur ki, bu hələlik naməlum oliqarxın qapısına toz qonmasın. Üstəlik, adamda yumor hissi də güclüdür, şlaqbaumun düz yanında təmir gedən yollarda quraşdırılan üzrxahlıq lövhəsi də qoyub! Ərazidə müşahidə apararkən burada heç bir tikintinin aparılmadığına da əmin olduq, yalnız evin körpələrinə xidmət edən dayələr gəzirdi burada. Çox maraqlıdı, ölkə başçısının sadə insanların sosial problemlərinə maksimum həssaslıq göstərdiyi bir vaxtda onlara əsl zülm yaşadan bu “qurd ürəyi yemiş” kimdi?”.

Dənizimizi hasara alanlar indi də yollarımıza əngəl qoyular.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayda siyasi məhbuslar mövzusu qapanacaqmı?
Spiker deputata əsəbiləşdi: "Qaçqınlar Qarabağa köçsün, sonra danışarıq”
35 minlik qrantı kimlər uddu? - Deputat, keçmiş nazir, jurnalist... - SİYAHI
Bakıda avtomobil süpürgəçi qadını vurub öldürdü - Foto 18+
Azərbaycan futbol klubu tarixindəki əsas qələbələri
Qış rejiminə keçdik, istilik enerji təchizatında durum...
İntihara cəhd edən məktəb direktoru ilə bağlı ŞOK İDDİALAR
