Məktəbli qızı xilas etməyə çalışarkən xəsarət alan gömrükçü: "Əfsuslar olsun ki..."
İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi evə buraxılıb.
Zahid Niyazov bununla bağlı feysbuk səhifəsində məlumat paylaşıb.
O qeyd edib ki, artıq müalicəsini ev şəraitində davam etdirir:
“Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirəm. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”.
Xatırladaq ki, mayın 3-də 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyindən partlayışda yaralananlarla bağlı açıqlama
Gömrükçünün özünü öldürməsi ilə bağlı yeni TƏFƏRRÜATLAR - FOTO
"Məhəmməd peyğəmbərin ruhu məndədir" - 63 yaşlı şəkili qadın
Azərbaycanda minimum əməkhaqqı artırılıb - SƏRƏNCAM
Koronavirusa yoluxanlar belə yatırılır - Foto