Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi təyin edildi
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yeni təyinat olub.
Minval.info xəbər verir ki, Fazil Talıbov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi təyin edilib.
Bu təyinata qədər F.Talıbov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 20-də imzaladığı istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.
Qeyd edək ki, F.Talıbovdan əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir