12.12.2018 - 11:56
Maraqlı 3 baxış

Məhkəmə pensiyaçı ilə evlənən azərbaycanlının nikahını pozdu

Rusiyanın Petropavlovsk-Kamçatsk şəhər Prokurorluğu Rusiya vətəndaşı ilə azərbaycanlının nikahının qanunsuz olması ilə bağlı Kamçatka vilayətinin polis idarəsindən daxil olan məlumatı yoxlayıb.

Minval.info oxu.az-a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Rusiya vətəndaşı ilə 1978-ci il təvəllüdlü azərbaycanlı 2014-cü ilin oktyabrında nikaha daxil olub.

Azərbaycanlıya 2022-ci ilədək Rusiyada qeydiyyat verilib. Bu ilin yazında o, vilayətin miqrasiya idarəsinə müraciət edərək, Rusiya vətəndaşlığı almaq istəyib.

Yoxlamalar zamanı miqrasiya xidmətinin əməkdaşları onun həyat yoldaşının adını belə bilmədiyini aydınlaşdırıb.

Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin şəxslə cəmi üç dəfə görüşüb və onlar hazırda birlikdə yaşamırlar. Bildirilib ki, qadın rəfiqəsinin onu işə düzəltməsinə qarşılıq olaraq bu nikaha razılıq verib.

Məhkəmə nikahı etibarsız sayıb. Azərbaycanlı qərardan şikayət versə də, onun şikayəti qəbul edilməyib.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: