Məhəbbət Vəliyeva: "Evdə təhsil mühiti üzrə Azərbaycanın nəticələri aşağıdır"
“Təhsil Nazirliyi beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Həmin qiymətləndirmələrin üç meyar üzrə nəticələri ürəkaçan deyil”.
Bizimyol.info xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, evdəki təhsil mühiti uşaqların təhsilinə çox ciddi şəkildə təsir edir: “Təəssüf ki, bu göstəricilər üzrə ölkəmizin nəticələri aşağı sıralardadır. Bununla yanaşı, valideynlərin uşaqların təhsilində rolu onların təlim nailiyyətlərinə təsir edən amil kimi götürülür”.
Nazir müavini qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır: “Son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb”.(apa)
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
