Lionel Messidən acıqlı açıqlama: "Hər zibilə..."
“Düşünürəm ki, turnirdə ən yaxşı oyunumuzu göstərdik. Çalışdıq, ancaq qol epizodlarından yararlana bilmədik. Zərbələrimiz qapı tirinə tuş gəldi”.
Qol.az xəbər verir ki, bu sözləri Argentina millisinin kapitanı Lioenel Messi Amerika kubokunun yarımfinalında Braziliyaya uduzduqları oyundan (0:2) sonra deyib.
O, hakimlərin Argentinaya qarşı qərəzli olduğunu, rəqibin lehinə qərarlar verdiyini bildirib: “Braziliya bizdən üstün deyildi, çirkin qayda pozuntuları edirdilər. Rəqib bir epizodda əllə oynadı, ancaq hakimlər bir dəfə də VAR-dan istifadə etmədi. Bu, inanılmazdır. Görüşün baş hakimi hər zibilə vərəqə göstərirdi, ancaq rəqibin lehinə qərar verirdi”.
Qeyd edək ki, Argentina bu məğlubiyyətlə turnirlə vidalaşıb, Braziliya isə finala çıxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
