Lionel Messi diskvalifikasiya olunub
Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bir oyunluq cəzalandırılıb.
32 yaşlı hücumçu Amerika kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) ünvana səsləndirdiyi ittihamlar üçün diskvalifikasiya edilib.
O, DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununu buraxacaq. Bundan başqa, futbolçu 1500 dollar cərimə edilib. L.Messi KONMEBOL-dan üzr istədiyi üçün cəzası yüngül olub.
Qeyd edək ki, turnirin yarımfinal oyununda Braziliyaya 0:2 hesabı ilə uduzduqdan sonra L. Messi matçın hakimini VAR-dan istifadə etmədiyi üçün tənqid etmişdi. O, həmçinin KONMEBOL-u korrupsiyada günahlandıraraq, mükafatlandırma mərasiminə də qatılmamışdı.
APA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi