Əli Məsimli: “Qaziləri get-gələ salmaq həm qanuna, həm də insanlığa ziddir”
Deputat Əli Məsimli Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi haqqında danışarkən bir sıra vacib məsələlərə diqqət çəkib.
“Minval.info” xəbər verir ki, deputat bildirib ki, vətəndaşların işsizliklə bağlı müraciətlərinə həssaslıqla yanaşılması zəruridir. Deputat qazilərə qarşı etinasız davrananlara etirazını bildirib: “Biz o insanlara borcluyuq.
O insanları get-gələ salmaq həm qanuna, həm də insanlığa ziddir. YAŞAT Fonduna gördüyü işlərə görə təşəkkür edirik. Ancaq onları get-gələ salanlara da layiqli cavabların verilməsi lazımdır”.
Məsimli kənddə olan və dövlət tərəfindən heç bir müavinət və sosial yardım ayrılmayan insanlara diqqət və qayğı göstərilməsini zəruri sayıb.
Ə.Məsimli autizimdən əziyyət çəkən uşaqlara ayrılan müavinətin kəsilməsinə də etirazını bildirib: “Bu cür insanlara xüsusi qayğı lazımdır. Həmin uşaqlara verilən simvolik müavinətlər də kəsilib. Onlara diaqnoz qoymaq çox asan məsələdir. Gərək həmin məmurların ailəsində elə uşaqlar olsun ki, görsünlər onlara nə qədər vəsait xərclənir”.
Deputat yekunda Ombudsmanın məruzəsində əksini tapan 30 təklifə dövlət qurumlarının ciddi diqqət yetirilməsini xahiş edib.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026