Əli Hüseynli: “Bütün orden və medallar dövlətçilik atributlarını özündə əks etdirir”
“Bütün orden və medallar dövlətçilik və hərbi atributları özündə əks etdirir”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edən zaman deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın 10 orden və 64 medalı var: “Azərbaycanın ən yüksək təltifi “Heydər Əliyev” ordenidir. İkinci orden isə “Zəfər” ordeni olacaq. Onun üzərində dəmir yumruq simvol kimi təsvir olunub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?