Leyla Əliyeva açılışda - Fotolar
Dekabrın 24-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
Minval.info xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil edilib. Bayram tədbirində iştirak edən uşaqlar Şaxta baba, Qar qız, müxtəlif nağıl qəhrəmanları və məşhur personajlarla görüşüb, rəngarəng bəzədilmiş Yeni il küknarı ətrafında onlarla birlikdə əyləniblər. Şənliyin sonunda bütün uşaqlara bayram hədiyyələri təqdim olunub. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş əhval-ruhiyyə yaradıb, balacalara əsl bayram ovqatı bəxş edib və onlara əyləncəli anlar yaşadıb.
Yenilənmiş həyət Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsi 201, 203, 203B, İsrafil Həşimov küçəsi 4A ünvanlarında 2200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?





