Lavrov niyə Fərrux təxribatına yol verdi - təxribat? - Natiq Cəfərli ilə "Canlı debat"
İyunun 10-da İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov yenə ənənəvi erməni ağzı ilə danışıb. Belə ki, Fərrux kəndi ilə bağlı erməni jurnalistin təxribatçı sualına Lavrov ya xəritədən bixəbərcəsinə, ya da bilərəkdən təxribatçı mövqe səgiləyib. Deyib ki, Fərrux kəndindəki vəziyyət Rusiya sülhməramlılarının diqqət mərkəzindədir və “delimitasiya ilə bağlı əsaslı işlərin tərkib hissəsi kimi bu məsələyə də baxılacaq və həll olunacaq”.
Hansı delimitasiya? Fərrux Azərbaycanın Qarabağ inzibati ərazisində yerləşən kənddir və ordumuzun nəzarəti altındadır. Bu kəndin delimitasiyaya, sərhəd müəyyənləşməsinə nə dəxli?
Artıq Azərbaycan XİN-i buna reaksiya verib. Lavrovu yerində oturdub. Sitat: “Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”.
Bəs Rusiya XİN-i necə, açıqlama verib düzəliş və ya üzrxahlıq edəcəkmi? Etməyəcəksə, demək ki, Lavrov-Kələntərov çaşıb-eləməyib.
Bu və gündəmdəki bir çox sualları ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız iştirak edəcəyik.
https://youtu.be/97sasguYsnc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər - Fevralın 15-dən - AÇIQLAMA
"Türkiye" qəzeti Əli Həsənovu vurdu: "FETÖ-yə bağlıdır"
Şoyqu açıqladı - Bu şəhər nəzarətə götürüldü
Saxta Qarabağ əlilləri ilə bağlı nə etməli – hərbi ekspertdən təkliflər
İpoteka ilə ev almaq istəyənlərin DİQQƏTİNƏ - VİDEO
Sahil Babayevdən yeni təyinatlar - FOTO
