Lənkəranda dəhşətli qəza: bir ailənin 6 üzvü öldü, 2 nəfər də yaralandı
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Minval.İnfo “Report”a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 6 nəfər ölüb. Ölənlərin hamısı “Mitsubishi”də olublar.
Artıq qəzada ölənlərin şəxsiyyəti də müəyyənləşib. Həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.
Ölənlər bunlardır: Aslanov Faiq, Aslanov Fikrət, Aslanov Mərziyyə, Aslanova Xanımgül, Aslanov Namiq, Aslanova Məsmə.
İki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb: Bunlardan “Mitsubişi”dən sağ çıxarılan 7 yaşlı Aslanov Ülvi Faiq oğlu, digəri isə “Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğludur.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı