Lənkəranda 10-dan çox narkotik alverçisi saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Minval.info-ya verilən məlumata görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Quliyev, X.Hüseynov, İ.İbrahimov, N.Qasımov, K.Hüseynov, O.Məlikov, O.Məmmədzadə, Z.Quliyev, A.Cəfərov, T.Rəhimov və T.Qurbanov saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən T.Qurbanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən məişət əşyaları və təmir tikinti avadanlıqları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan qadınlarını Türkiyədə satanla bağlı qərar verildi
Biləsuvarda avtomobildən 1 kq-dan çox heroin aşkarlandı
Taksi sürücüsünü öldürüb qaçan dəstə üzvləri həbs edilib
Bakıda dəhşət: Bağban ev sahiblərindən birini öldürdü, digərini yaraladı
Bakıda qadın məşuqu üçün öz evindən 58 min dollar oğurladı
Daşkəsən sakinini döyüb pulunu və maşınını alan şəxslər tutulub
Dostunun dayısını bıçaqlayan 23 yaşlı gəncə 3 il hökm oxundu - TƏFƏRRÜAT