Ələkbərovun xanımı ən zəngin qadınlar - Siyahısında
“Forbes” jurnalı Rusiyanın ən zəngin iş qadınlarının siyahısını tərtib edib.
“Qafqazinfo” xəbər verir ki, 25 biznes-ledinin yer aldığı reytinq tarixində ilk dəfə olaraq milyardlıq sərvətlərin iki sahibi bir anda sıralamada qərarlaşıb.
İlk yerdə “İnteko” investisiya- tikinti korporasiyasının keçmiş sahibi (Şirkəti 2011-ci ildə satmaqla biznesini xaricə köçürüb), eləcə də “Qazprom” və “Sberbank”ın səhmdarı Yelena Baturina qərarlaşıb. O, 1,2 milyard dollar sərvətə sahibdir.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"

İkinci yeri 1 milyard dollarla “Wildberries” internet-mağazanın sahibi Tatyana Bakalçuk tutub.

Sankt-Peterburqdan olan milyarder Yuri Kovalçukun xanımı Tatyana Kovalçuk 600 milyon dollarlıq sərvəti ilə siyahıda üçüncü yerdə qərarlaşıb. Kovalçuklar ailəsi Prezident Vladimir Putinə yaxınlığı ilə seçilir.

Azərbaycanlı iş adamı, milyarder, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərovun xanımı Larisa Ələkbərova 180 milyon dollar sərvətlə reytinqdə 23-cü yerdə qərarlaşıb. O, şirkətdə kiçik bir səhmə sahibdir, lakin il ərzində neft şirkətinin dəyəri öz səhmlərinin yenidən satın alınması ilə əlaqədar artıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir