Kür çayının səviyyəsi artıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqust ayının üçüncü ongünlüyündə yağıntıların aylıq normadan çox olması Kür çayının aşağı axınında səviyyənin artması ilə nəticələnib.
Xidmətdən verilən məlumata görə, avqustun 23-dən 26-dək səviyyə Kür-Surrada 140 sm, avqustun 25-dən 28-dək Şirvanda 146 sm, avqustun 24-dən 28-dək Salyanda isə 143 sm artıb.
Salyan və Neftçala rayonları ərazisində Kür çayı üzrə 14 məntəqədən götürülən su nümunələrinin analizi göstərir ki, Salyan rayonu ərazisində Qaraqaşlı məntəqəsində, Neftçala rayonu ərazisində Xocalı, Ərəbqardaşbəyli, Surra, Kürqarabucaq, Qaralı, Dördlər, Xıllı, Qaravəlli, Uzunbabalı, Seyidlər, Bankə qəsəbəsi, Oryad və Mayak 1 məntəqələrində duzluluq 0.5-0,9 q/l, yəni norma daxilində olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?