Kristal" və "hansgrohe" əməkdaşlığı: Azərbaycanın tikinti sahəsində yeni dövr başlayır
Azərbaycanın qabaqcıl tikinti şirkətlərindən biri olan “Kristal” və dünya miqyasında tanınmış sanitar avadanlıq istehsalçısı “Hansgrohe” arasında gələcək layihələr üzrə əməkdaşlıq memorandumu imzalanıb.
Minval.info xəbər verir ki, bu mühüm sənəd “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və “Hansgrohe SE”-nin Baş İcraçı Direktoru Hans-Yürgen Kalmbax tərəfindən imzalanıb.
Memorandum, Azərbaycanın tikinti və interyer layihələrində tərəflərin əməkdaşlığını genişləndirməyi hədəfləyir. Bu çərçivədə, innovativ həllərin tətbiqi, məhsul seçimi və texniki dəstək, dizayn və layihələndirmə proseslərinin əlaqələndirilməsi, eləcə də dayanıqlılıq və enerji səmərəliliyinə əsaslanan yanaşmaların qiymətləndirilməsi nəzərdə tutulur.
Bu əməkdaşlıq sənədi, “Kristal” və “Hansgrohe” arasında strateji tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli bir addım olmaqla yanaşı, beynəlxalq təcrübənin Azərbaycanda həyata keçirilən müasir tikinti layihələrinə inteqrasiyasına və keyfiyyət standartlarının yüksəldilməsinə töhfə verməyi məqsəd qoyur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxac problemi üçün yeni işıqforlar quraşdırıldı
Yeni nəsil energetiklər yarışında Salyan komandası finala yüksəldi
Sabah Bakıda 27 dərəcə isti gözlənilir
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı ilə hərəkət asanlaşır
Sentyabrın 25-də Bakıda və rayonlarda hava necə olacaq?
Bakının Yasamal və Zirə qəsəbələrində elektrik fasiləsi gözlənilir
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!