Əkrəm İmamoğlu “sənə kətə verərəm, səs vermərəm” deyən qadının evinə getdi – Video
Bu ilin qışında İstanbul Böyük Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürmüş, indiki bələdiyyə başçısı Əkrəm İmamoğlu bazarda rastlaşıb söhbət etdiyi, “Sən Ərdoğana bağlı deyilsən, sənə kətə verərəm, səs vermərəm” deyən Məhzure Kələşin evinə getdi.
Bizimyol.info xəbər verir ki, Əkrəm İmamoğlunun Ərdoğan fanatı olan Məhzurə Kələşlə bazardakı söhbəti uzun müzakirələrə səbəb olmuşdu.
O zaman “başqan olub evinə gələcəm” deyən İmamoğlu sözünü tutaraq Məhzurə Kələsin qonağı olub. Məhzurə Kələs məşhur qonağına söylədiyi sözlə yenə gündəmə damğasını vurub. “Səni mən məşhur etdim”.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"

İmamoğlu onun bu sözlərini qəhqəhə ilə qarşılayıb. Məhsure Kələs “biz sənə bir ilə iki dəfə qalibiyyət qazandırmış xalqıq dəyərimizi bil, Ərdoğana da arxa çıx” deyib. Həyat yoldaşının çox sərt və açıq danışdığını söyləyən əri Həsən Kələs bələdiyyə başçısından üzr istəsə də o, xalq danışdıqca mən qazanram, bildiyi , ürəyi istədiyi kimi danışısın deyib. Həsən Kələs də zarafatla “o zaman Məhzurə məni döydüyü kimi sizi də döyəcək” deyə cavab verib.
https://www.youtube.com/watch?v=wVAwAZ4MBG0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
Bu ilin qışında İstanbul Böyük Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürmüş, indiki bələdiyyə başçısı Əkrəm İmamoğlu bazarda rastlaşıb söhbət etdiyi, “Sən Ərdoğana bağlı deyilsən, sənə kətə verərəm, səs vermərəm” deyən Məhzure Kələşin evinə getdi.