Türkmənistan prezidenti “harmala” adlı bitkini məsləhət görür, Belarusiya prezidenti isə araq içib saunaya gedin deyir …

Bütün dünya Koronavirus ilə mübarizə apararkən, dünyanın bir çox neçə ölkəsində hələ yoluxma baş verməyib.

Hazırda dünyada peyvəndin tapılması üçün işlər davam etdirilir. Demək olar ki, bütün ölkələrdə sərt tədbirlər həyata keçirilir. Ancaq bəzi ölkələrdə koronavirusa yoluxma aşkarlanmayıb. Türkmənistan da belə ölkələrdən biridir. Bundan əlavə Türkmənistanda rəhbərlik maraqlı bir qərar qəbul edib.

Prezident Qurbanqulu Berdiməhəmmədovun korona sözünü qadağan etməsi barədə xəbər vermişdik.

Onun belə bir qərar verməsi bir çox insanda gülüş doğursa da, bir çoxlarına maraqlı gəlib.

Musavat.com sizlərə Türkmənistan və bununla yanaşı bir neçə ölkənin tədbir məqsədli maraqlı qərarları haqqında məlumatları təqdim edir.

“Corona” Kelimesinin ve Maske Takmanın Yasaklandığı Türkmenistan

Türkmənistan

Rusiya KİV-lərinə görə, Türkmənistanda korona virusu sözünü işlətmək qadağan olunub.

Bu haqda ilk məlumatı Sərhədsiz Reportyorlar (RSF) qrupu yaymışdı. RSF iddia edir ki, maska taxan və ya koronavirus haqqında danışan insanlar məxfi polis tərəfindən həbs oluna ehtimalı var.

Bəzi jurnalistlərin fikrincə, bu sözün qadağan olunmasına səbəb Türkmənistan rəhbərliyinin ölkədə baş verən epidemiya ilə bağlı həqiqətləri gizlətməyə çalışmasıdır.

Digər tərəfdən, Türkmənistan Səhiyyə Nazirliyinin vətəndaşlara payladığı sağlamlıq broşuralarında əvvəlki versiyada korona virusu ilə bağlı məlumatların olmasına baxmayaraq, yeni yayılmış broşuralarda korona virusu ilə bağlı bütün ifadələr çıxarılıb.

Türkmənistan prezidentinin korona sözünü qadağan etməsi ilə yanaşı xalqa məsləhət gördüyü “harmala” adlı ənənəvi bir bitki də marağa səbəb olub.

Panama

1000-dən çox korona virus xəstəsinin olduğu Mərkəzi Amerika ölkəsi Panama, cinsiyyətə əsaslanan bəzi tədbirlər görməyə qərar verilib. Belə ki, qadınlar və kişilər fərqli saatlarda və fərqli günlərdə iki saat evlərindən çıxa bilərlər. Bazar günləri isə heç kim küçəyə çıxa bilməz.

Kolumbiya

Kolumbiyanın bəzi şəhərlərində insanlar şəxsiyyət nömrələrinin son rəqəminə görə çölə çıxa bilərlər. Məsələn, Barrancabermeja qəsəbəsində yaşayanların şəxsiyyət vəsiqəsininn seriya nömrəsi 0, 7 və 4 ilə bitirsə bazar ertəsi, , 1, 8 və 5 ilə bitirsə çərşənbə axşamı günü çölə çıxa bilərlər.

Belarusiya

Belarusiya Prezidenti Aleksandr Lukaşenko ölkəsində sosial məsafə tədbirləri görməyən liderlərdən biri kimi qiymətləndirilir O, “virusun ətrafda uçuşmadığını görmədiyi üçün” sosial məsafə tədbirləri almadığını demişdi. Belarus lideri, araq içib saunaya getməyin onu virusdan qoruyacağını da söyləmişdi. Epidemiya səbəbindən ölkədə yalnız bir nəfər ölüb.

İsveç

İsveçdə 4 mindən çox yoluxma olsa da, digər ölkələrə nisbətən daha rahat münasibət bəsləyən ölkələrdən biridir. Hökumət vətəndaşlarının məntiqli davranacağına inanır və vətəndaşlarından karantin elan etmədən düzgün davranmalarını gözləyir. Burada yalnız 50-dən çox insanın bir araya gələcəyi görüşlər qadağandır.

Son dakika haberi: Avusturya'da corona virüsten ilk ölüm - Son ...

Avstriya

Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, sağlam insanlar xəstə biri ilə təmasda olmadığı halda maska taxması lazım deyil. Ancaq Avstriyada maska taxmaq məcburi elan edilib. Vətəndaşlara milyonlarla maska təqdim edilib. Daha əvvəl Çexiya, Slovakiya və Bosniya və Herseqovina da maska taxmağı zəruri elan etmişdi.

Turan Oruc
Musavat.com