Koronavirusun əlamətləri tamamilə dəyişib - Tanınmış həkimdən XƏBƏRDARLIQ

“Koronavirusu simptomsuz keçirən və virusa yoluxduğunun fərqində olmayan insanlar avtobusa, metroya minərək hamını yoluxdururlar”.
Minval.info “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur həkimi, professor Mehmet Ceylan “DHA”ya müsahibəsində söyləyib.
Onun sözlərinə görə, COVİD-19-a yoluxan uşaqlarda müşahidə olunan kliniki əlamətlərdə dəyişikliklər baş verib.
“Əlamətlər tam dəyişib. Əvvəllər hərarət, baş və bədən ağrıları, dadbilmənin pozulması ön planda idisə, indi daha çox adi soyuqdəymə əlamətləri özünü göstərir”, – o qeyd edib.
Professor bildirib ki, yetkin şəxslərin 85 %-i, uşaqların isə 90 %-i koronavirusu simptomsuz keçirir: “Avtobusa minirsiniz, tutaq ki, orada koronavirusa yoluxmuş bir sərnişin var. Amma fərqində deyil, qızdırması yoxdur, heç bir şikayəti yoxdur. Maskasını da düzgün taxmır. Həmin şəxs bütün avtobusu yoluxdurur. Bu xüsusiyyət tamamilə COVID-19-a aiddir. Qripdə belə olmur. Qripə tutularaq xəstələnən adamlarda mütləq müvafiq əlamətlər olur”.
ƏLAQƏLİ
Hakimiyyətin zirvəsindən həbsxanaya - Alimpaşa Məmmədovun korrupsiya dosyesi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Lazeroloq Fərid” qadının intim görüntülərini paylaşdı – ŞOK VİDEO
Hakimiyyətin zirvəsindən həbsxanaya - Alimpaşa Məmmədovun korrupsiya dosyesi
VACİB"MoveShort" piramidasının ifşası – Yeni həbslər olacaq