Koronavirusa yoluxmuş azərbaycanlı həkimin fəryadı!
Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.
O, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimlidir.
Bu barədə tibb işçisi sosial şəbəkə hesabı vasitəsilə məlumat verib.
“Bugünkü (dünən-red.) 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdur deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidi ilə”, – o, Feysbukda yazıb.
Qeyd edək ki, ötən gün Azərbaycanda daha 387 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent vəfat edib, 274 nəfər sağalıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?