Koronavirusa yoluxan Xalq artistinin son durumu açıqlanıb
Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb.
Sənətçinin həyat yoldaşı Minarə Bayram Minval.info-ya bildirib ki, diktor Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
“Eldost Bayram 20 gün bundan əvvəl koronavirusa yoluxmuşdu, bir həftə evdə müalicə aldı, sonra Zığ qəsəbəsindəki modul tipli xəstəxanaya yerləşdirdik. Dünənə kimi palatada müalicə alırdı. Vəziyyəti ağırlaşdığına görə reanimasiyaya yerləşdirilib. Həkimlər mənə deyir ki, saturasiyası, təzyiqi, temperaturu normaldır. Amma noyabrın 26-dan mən onunla telefonla danışa bilmirəm. Həkimlər deyir ki, danışmağa halı yoxdur”, – o bildirib.
M.Bayram qeyd edib ki, həyat yoldaşı koronavirusdan sağalıb və testinin nəticəsi neqativ çıxıb: “Sağolsunlar virusdan sağaldıblar. Əziyyətlərini itirə bilmərəm. Amma dünən reanimasiyaya yerləşdirilibsə, demək, başqa problemləri var”.
Zığ Modul Tipli Xəstəxanasından isə “Report”a bildirilib ki, diktor hazırda oksigen maskasındadır.
“Arterial təzyiqi 115-in 77-yə, nəbzi 108, saturasiyası isə 91, şəkəri 142-dir. Huşu aydındır. Vəziyyəti ağır kimi qiymətləndirilir”, – xəstəxanadan bildirilib.
Qeyd edək ki, Xalq artisti E.Bayram 1947-ci ildə anadan olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi