Koronavirusa yoluxan Sahib Məmmədov evə buraxılıb: "Xəstəxanalara çox ağır xəstələr gəlir"
Koronavirusa yoluxmuş hüquq müdafiəçisi Sahib Məmmədov müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
“Report”un xəbərinə görə, bu barədə S.Məmmədov özü məlumat verib.
O, bundan sonra müalicəsini ev şəraitində davam etdirəcəyini bildirib.
“Buna iki səbəb var. Birincisi, səhhətimdə nisbi yaxşılaşmadır. Yoluxma nəticəsində yan xəstəliklərin nəticəsi olaraq hələ uzun müddət bərpa prosesi keçməliyəm. Hətta danışanda belə yoruluram deyə, hələlik zənglərinizə də cavab verə bilmirəm. İkinci səbəb xəstəxanada yerlərin dolması idi. Xəstəxanalara çox ağır xəstələr gəlir. Bəlkə, bu yeni mutasiyadır. Hər halda mən bir palatanı boşaltmaqla həm də yeni xəstələrin qəbul olunmasına imkan yaratdım”, – S.Məmmədov əlavə edib.
Qeyd edək ki, S.Məmmədov koronavirusa yoluxduğu üçün mart 15-də Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Suqovuşanın işğaldan azad edilməsindən 1 il ötür
Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək
Paşinyanın arvadı Azərbaycan şəhərindən çəkdirdiyi fotoları paylaşdı…
Azərbaycanda Milli Dirçəliş Günüdür
Azərbaycanda bayram günü faciəvi hadisə - Azyaşlı güllələndi...
İlham Əliyevə yeni nəsil şəxsiyyət vəsiqəsi verildi - FOTO
Azərbaycanda daha 67 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb