Koronavirus yayılan ölkələrə səyahət edənlərə məsləhət
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kliniki sağlam olan, lakin COVİD – 19 virus xəstəliyi yayılan ölkələrə səyahət edən şəxslər üçün tövsiyələr hazırlayıb.
Axşam.az xəbər verir ki, video-çarx şəklində hazırlanan tövsiyələrdə qızdırma, öskürək, ürəkbulanma, nəfəs darlığının respirator xəstəlik əlamətləri olduğu qeyd olunub.
Bundan başqa, tövsiyələrdə COVİD-19 xəstəliyi rəsmi olaraq qeydə alınan ölkələrə səyahət edən şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulduğu yer alıb.
“Müşahidə müddətində (14 gün ) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin. Özünüzdə respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 104 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin”, – TƏBİB-in tövsiyələrində vurğulanıb.
https://www.youtube.com/watch?v=tM5SnTYrNX8&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?