18.05.2020 - 12:56
Ölkə
39 baxış
"Kontakt Home" Tural Abbaslının ittihamlarına cavab verdi: "Cəfəngiyyatdır" - VİDEO
“”Kontakt Home” şirkəti işçilərinin maaşından dövlətin verdiyi pulu kəsib”
Minval.info xəbər verir ki, bu sözləri bir nüçə gün öncə AĞ Partiyanın lideri Tural Abbaslı demişdi. Məsələ ilə bağlı saytımıza açıqlama verən “Kontakt Home” mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova iddiaların əsassız olduğunu bildirib:
“Məlumatda “Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyəti haqqında tamamilə cəfəng fikirlər yer alıb. Əvvəla bildirmək istərdik ki, xüsusi karantin rejimi ilə əlaqədar dövlət tərəfindən ayrılan kompensasiya məbləği bütün əməkdaşların əmək haqqı kartına tam olaraq köçürülüb. Prosesə birbaşa dövlət tərəfindən elektron qaydada nəzarət edildiyini nəzərə alsaq, bunu yoxlamaq o qədər də çətin deyil. Tural Abbaslının iddialarına görə, şirkət işçilərə verilən bu məbləği sonradan onların maaşından çıxıb.
Əmək haqları cari ayın sonuncu iş günü ödəndiyi üçün may ayı üzrə əmək haqqı təbii olaraq hələ ki, ödənməyib. Belə olan halda, köçürülən məbləğ hansı qaydada geri alına bilər? Əgər kimsənin söylənilənlərlə bağlı əlində əsası varsa, araşdırılması üçün bizə müraciət edə bilər.
Odur ki, bəhs edilən iddialar tamamilə əsassız və yalandır, eləcə də şirkətin işgüzar nüfuzunu ləkələməyi hədəfləyib”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
20.10.2026 - 15:34
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18