Kiyevdə dron hücumu nəticəsində 71 yaşlı azərbaycanlı həlak oldu
Ukraynanın paytaxtı Kiyevdə baş verən dron hücumları nəticəsində bir azərbaycanlı həyatını itirib. Hadisə zamanı həlak olan şəxsin 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğlu olduğu bildirilir.
Minval.info xəbər verir ki, A. Əkbərov əslən Azərbaycanın Lənkəran rayonundandır və Kiyevin Vişnevka rayonunda yaşayırdı. O, sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən, yolda Rusiya ordusunun dron hücumuna məruz qalıb və hadisə yerində dünyasını dəyişib.
Rusiya-Ukrayna münaqişəsi çərçivəsində baş verən bu cür hücumlar, mülki əhali üçün ciddi təhlükə yaradır və qurbanların sayını artırır.
Bu acı hadisə, münaqişə bölgələrində yaşayan insanların gündəlik həyatlarında qarşılaşdıqları riskləri bir daha gündəmə gətirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş