KİVDF medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankını təqdim edib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankını təqdim edib.
KİVDF-dən verilən məlumata görə, “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən layihələrin elektron qaydada həyata keçirilməsini təmin etmək üçün yaradılıb.
“Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” media subyektləri və nümayəndələri ilə Fond arasında müsabiqələrə dair elektron informasiya mübadiləsini təmin etməklə sürətli və operativ fəaliyyətin həyata keçirilməsinə zəmin hazırlayacaq, bu sahədə elektron informasiya mühitini formalaşdıracaq.
Müsabiqələrin təşkili, müraciət üçün tələb edilən sənədlərin qəbulu, müraciətlərə baxılması və nəticələrin elan edilməsi prosesində səmərəliyinin artırılması, Fond tərəfindən həyata keçirilən layihələrin yerinə yetirilməsi və həmin layihələr üzrə hesabatların təqdim edilməsi prosesinin sadələşdirilməsi, informasiya mübadiləsinin tamlığının və etibarlılığının təmin edilməsi “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”nın əsas məqsədlərindəndir.
“Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələri və jurnalistlərin də layihələrə müraciətini asanlaşdıracaq, bu prosesin daha əlçatan və çevik formada həyata keçirilməsinə şərait yaradacaq.
Elektron informasiya bankına mib.kivdf.gov.az linkindən və ya kivdf.gov.az saytından istifadə etməklə daxil ola bilərsiniz.
https://youtu.be/snWkam3luEc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir