28.10.2026 - 10:24
Türkiyənin qonşusundan etiraf: “Onların icazəsi olmadan heç nə edə bilmərik”
Dünya 234 baxış

Türkiyənin qonşusundan etiraf: “Onların icazəsi olmadan heç nə edə bilmərik”

Yunanıstanın keçmiş baş naziri Kostas Karamanlis Türkiyə ilə Liviya arasında imzalanmış dəniz yurisdiksiyası sazişi ilə bağlı diqqətçəkən açıqlama verib. Publika.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb.

2004-2009-cu illərdə Yunanıstanın baş naziri olmuş Karamanlis bildirib ki, Türkiyənin icazəsi olmadan Egey dənizində heç bir addım ata bilməzlər. Onun sözlərinə görə, Türkiyə Yunanıstanın Egey dənizindəki iddialarını alt-üst etməyə yönəlmiş genişmiqyaslı plan həyata keçirir.

Karamanlis, həmçinin Türkiyədən dəniz dibinə kabel çəkmək üçün icazə tələb edilməsi məsələsinə qarşı çıxıb. O, Türkiyə ilə Liviya arasında imzalanmış anlaşma memorandumunu Yunanıstanın maraqları baxımından “mənfi bir inkişaf” kimi qiymətləndirərək hökuməti məsələ ilə bağlı təcili addımlar atmağa çağırıb.

Qeyd edək ki, Liviya Nümayəndələr Palatasının 2019-cu ildə Türkiyə ilə imzalanmış dəniz yurisdiksiyası sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi haqqında Sazişi təsdiqləməsi Yunanıstanda narahatlıq doğurub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: