05.10.2026 - 13:32
Kəlbəcərdə 33 ildən sonra pedaqoji fəaliyyətə qayıdan müəllim
CƏMİYYƏT 5 baxış

Kəlbəcərdə 33 ildən sonra pedaqoji fəaliyyətə qayıdan müəllim

Doğma torpaqda böyüyən uşaqlara dərs vermək hər bir müəllim üçün böyük qürur və məsuliyyət hissi yaradır. Yaqut Əkbərova da bu hissləri yaşayır.

Minval.info xəbər verir ki, Yaqut Əkbərova 1986-cı ildən Kəlbəcərdə müəllimlik karyerasına başlamışdı. Lakin rayonun işğalı səbəbindən uzun müddət bu fəaliyyətinə fasilə verməli olmuşdu. Rayonun azad edilməsindən sonra isə o, Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi işini bərpa edib.

Əkbərova, doğma Kəlbəcərdə yenidən sinif otağına daxil olmağın onun üçün çətin, lakin qürurverici olduğunu qeyd edib. “Bu torpaqda böyüyən uşaqlara dərs demək mənim üçün böyük məsuliyyətdir,” – deyə o bildirib.

O, bu uşaqların Kəlbəcərin gələcəyi olduğunu vurğulayıb və onların təhsilinə töhfə verməkdən məmnun olduğunu ifadə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: