23.11.2026 - 16:34
Okan Buruk: "O, hər gün daha da inkişaf edir"
İdman 181 baxış

Okan Buruk: "O, hər gün daha da inkişaf edir"

“Qalatasaray” futbol klubunun baş məşqçisi Okan Buruk, rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun komandadakı oyununa dair fikirlərini paylaşıb. Baku.ws-ın məlumatına görə, Buruk Batrakovu çox istedadlı və çalışqan bir futbolçu kimi dəyərləndirib.

Okan Buruk bildirib ki, Batrakov məşqlərə ciddi yanaşır və komanda daxilində hörmət qazanıb. Baş məşqçi onun hər gün daha da inkişaf etdiyini vurğulayıb və bu cür oyunçuların məşqçilər üçün dəyərli olduğunu qeyd edib.

Batrakovun “Qalatasaray” üçün vacib bir oyunçu olduğunu vurğulayan Buruk, onun Çempionlar Liqasının son üç oyununda ardıcıl qol vurduğunu və bu seriyanın davam etməsini ümid etdiyini bildirib.

Xatırladaq ki, “Qalatasaray” noyabrın 24-də Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda “Aston Villa” komandası ilə qarşılaşacaq. Aleksey Batrakov turnirin əvvəlki üç görüşündə dörd qol vurub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: